Smartfonlardan istifadənin qadağan olunduğu məktəblərin sayı artırıla bilər.
Asayis.Az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda şagird davranışı qaydalarının pilot şəklində tətbiq edildiyi məktəblərdə smartfonlardan istifadə qadağandır: "Bu cür məktəblərin sayı 300-dən çoxdur. Belə məktəblərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, bəzi hadisələr məhz məktəbdənkənar baş verir və cibində mobil telefon olan şəxslər də bunu çəkir, qarşısını ala bilmərik".
Nazir məktəb psixoloqunun da şagirdə təsir imkanları olmadığını bildirib: "Məktəb psixoloqu təhsil üzrə şagirdə nəsə təsir edə bilər, yəni o, klinik psixoloq deyil. Kimisə günahlandırmaqdansa, hadisənin qarşısını almaq üçün birlikdə nə edə biləcəyimiz barədə düşünmək lazımdır. Ancaq təəssüflər olsun ki, hadisələrə emosional yanaşırıq və əsas məsələdən uzaqlaşmış oluruq". (report)