Xocavənddə minalı ərazidə yanğın - FOTO

 Xocavənddə minalı ərazidə yanğın - FOTO

Xocavənddə minalı ərazidə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xocavənd rayonunun Günəşli kəndi istiqamətində mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazidə yanğın söndürülüb.

Kommunikasiya xətləri yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri iştirak edib.


15:50 - 21 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin