Samuxda gənc oğlan həmkəndlisini öldürdü - MƏHKƏMƏ

 Samuxda gənc oğlan həmkəndlisini öldürdü - MƏHKƏMƏ

Samux rayonunda 2001-ci il təvəllüdlü Eltac Çələbiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Asayis.Az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Mikayıl Məmmədzadənin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq. 

İttihama görə, ötən ilin noyabrın 9-u saat 17 radələrində Samux rayon Burunqovaq kənd sakini 1986-cı il təvəllüdlü Muraz Abbasovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2001-ci il təvəllüdlü Eltac Çələbiyevin rayonun Burunqovaq kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Muraz Abbasova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisəni törədən Eltac Cələbiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

11:00 - 27 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin