Bakı-Quba yolunda qəza, minik maşını dəmir arakəsmələrə çırpıldı

 Bakı-Quba yolunda qəza, minik maşını dəmir arakəsmələrə çırpıldı

Bakı-Quba yolunda xəsarətlə nəticələnən qəza olub.

Məlumata görə, Mersedes markalı minik maşını idarəetmədən çıxaraq dəmir arakəsmələrə çırpılıb. Hadisə zamanı maşında olan 5 nəfərdən üçü yüngül xəsarətlər alıb.

Sürücünün sözlərinə görə, təmirlə bağlı yolun hərəkət hissəsi dəyişdirildiyindən qarşıdan gələn digər minik maşını kobud qayda pozaraq onun qarşısına. Qəzadan yayınmaq, ağır faciəyə yol açmamaq üçün o, maşını maneəyə çırpmaq məcburiyyətində qalıb.

Qaydanı pozan sürücü isə hadisə yerindən uzaqlaşıb. 


08:41 - 21 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin