Laçında qarın hündürlüyü üç santimetrə çatıb - VİDEO

 Laçında qarın hündürlüyü üç santimetrə çatıb - VİDEO

Laçına mövsümün növbəti qarı yağır, dağlar qoynunda yerləşən diyar yenidən ağ örpəyə bürünərək gözəlləşir.

Ötən gündən dumanlı hava şəraiti müşahidə olunan Laçında, gecə saat 21 radələrindən etibarən qar yağmağa başlayıb.

Qısa müddətdə qarın hündürlüyü 2-3 santimetrə çatıb və hazırda yağıntı davam edir.

Yenidən ağ örpəyə bürünən Laçından kadrları təqdim edirik.//AZƏRTAC

 

VİDEO

11:00 - 25 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin