Jurnalistlər binasında yanğın - FOTO

 Jurnalistlər binasında yanğın - FOTO

Jurnalistlər binasında yanğın olub.

Hadisə 1-ci Jurnalistlər binasının 13-cü mərtəbəsindəki mənzillərin birində baş verib.

Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub.

Məlumata görə, yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin eyvanında quraşdırılan 1 ədəd kombi aparatı və 2 m² sahədə ev əşyaları yanıb. 

Mövzu ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


22:29 - 20 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin