Zibil də biznesdir və ondan pul qazanmaq olar - Deputatdan təmizlik çağırışı

 Zibil də biznesdir və ondan pul qazanmaq olar - Deputatdan təmizlik çağırışı

"Ökəmizin şəhər və qəsəblərində tullantıların toplanması, idarə olunması və basdırılması sahəsində vəziyyət çox acınacaqlıdır. Hansı rayona şəhərə getmişəmsə, vəziyyətin həddindən artıq pis olduğuna şahidlik etmişik. Bəzi yerlərdə zibilliklər çay və göl kənarlarında yığılıb və birbaşa sulara, çaylara axıdılır" .

Asayis.Az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə  çıxışı zamanı deyib.

O bildirib ki, bütün dünyada zibil də biznesdir və ondan pul qazanan sahibkarlar var: "Bu məsələdə zibil də biznesdir və ondan pul qazanan sahibkarlar var. Sahibkarları niyə maraqlandıra bilmirik və ya maraq göstərən xarici sərmayəçilər yoxdurmu? 
Bu gün ən azından bölgələr üzrə 5-6 tullantı zavodlarının tikintisinə ehtiyac var. Hər il qızmar yay aylarında yüz minlərlə insanın həyatı təhlükəyə girir. Elə biri də mənim deputatı olduğum İmişli rayonu. Üfunətdən, çirkabdab və natəmizlikdən yüz minlərlə insan əziyyət çəkir. Qanunları yaxşı qəbul edirik, amma konkret nəticələr zəifdir. Əslində, qanunvericilik yaxşıdır, vacib olan əməli işlərin görülməsidir. 
Təbii ki, tullantı zavodlarının tikilməsi böyük sərmayələr tələb edir. Əgər özəl sektoru, xarici sərmayəçiləri cəlb edə bilmiriksə, bir neçə zavodun dövlət büdcəsi hesabına maliyyələşdirlməsinə keçməliyik. Yaxud özəl sektor və dövlət əməkdaşlığı çərçivəsində bu işlərin öhdəsindən gəlmək olar", - deputat qeyd edib. (Olke.az)

17:30 - 23 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin