Maaş və pensiyalara yenidən baxıla bilər

 Maaş və pensiyalara yenidən baxıla bilər

"Büdcənin yenidən baxılması neftin qiymətindən asılıdır. Neft və qazın qiymətindən əlavə gəlirlər daxil olacaqsa, büdcəyə yenidən baxıla bilər".

Bunu "Unikal"a açıqlamasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, bu, qiymətlərin necə dəyişəcəyindən asılıdır:

"Baxaq görək qiymət məsələsində stabillik olacaq ya yox. Əlbəttə, inflyasiya proqnozlaşdırılan 5 faizdən yüksək olacaqsa, maaş, pensiya və müavinətlərə yenidən baxılmalıdır. Hazırda isə neftin qiyməti yüksəkdir", - deyə deputat vurğulayıb.

12:45 - 23 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin