Nabranda istirahət mərkəzində 10 nəfər zəhərlənib

 Nabranda istirahət mərkəzində 10 nəfər zəhərlənib

Xaçmazda istirahət mərkəzində zəhərlənmə hadisəsi baş verib. 

Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra bir neçə nəfərin vəziyyəti pisləşib.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, həmin şəxslər xəstəxanaya yerləşdirilib: "Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib. Onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.

11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onların zəruri tibbi xidmət göstərilir".

13:24 - 20 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin