Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib.
Bu barədə "Report"a yazıçının oğlu Elay Süleymanlı məlumat verib.
Onun sözlərinə görə, atası bir müddət əvvəl insult keçiribmiş: "İnsult keçirmişdi, 10 gün idi ki, komada idi. Təxminən yarım saat əvvəl dünyasını dəyişdi".