Qəbələdə daha bir məşhur hotel satışa çıxarılıb.
Asayis.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, satılan obyekt şəhərdə fəaliyyət göstərən Fortuna Butik Hoteldir.
25 sot ərazinin içərisində inşa olunan hotelin sahəsi 1400 kvadrat metrdir. Obyekt 2 200 000 manata təklif olunur.
Hotelin satılmasının səbəbi isə adı açıqlanmayan sahibinin ölkədən köçməsi ilə əlaqədadır.
Hotel 2018-ci ildə istismara verilib.
Xatırladaq ki, bundan əvvəl Qəbələ rayonunun Vəndam qəsəbəsində tikintisi dayandırılan daha bir hotel kompleksli istirahət mərkəzi də satışa çıxarılıb.