Bakıda yaşayış evi yanır

 Bakıda yaşayış evi yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

15:40 - 19 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin