Hindistanda mədənçilər qaçırıldı

 Hindistanda mədənçilər qaçırıldı

Hindistanda 10 kömür mədənçisi silahlı şəxslər tərəfindən qaçırılıb.

Asayis.Az
 xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Assam və Arunaçal Pradeş əyalətlərinin sərhədi yaxınlığındakı mədəndə baş verib. 

Polis məsələ ilə bağlı istintaq başladıldığını bildirib. 

Eyni zamanda hadisənin Assam Birləşmiş Azadlıq Cəbhəsi (ULFA) və Naqaland Milli Sosialist Şurasının (NSCN) üzvləri tərəfindən törədildiyi iddia edilib. 

Qeyd edək ki, dövlət rəsmiləri xilasetmə əməliyyatı üçün bölgəyə əlavə hərbçilərin göndərildiyini açıqlayıb.

10:45 - 20 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin