Lənkəranda məktəblinin döyülməsinə görə direktor işdən çıxarıldı

 Lənkəranda məktəblinin döyülməsinə görə direktor işdən çıxarıldı

Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova vəzifəsindən azad edilib.

Qeyd edək ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı və məktəb-liseyin direktoru Yeganə Əsgərovanın həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı araşdırma aparılıb.

Müəyyən edilib ki, Rasilə Arifqızı qeyd edilən təhsil müəssisəsinin şagirdini öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib. Bundan sonra məktəbin direktoru Yeganə Əsgərovanın da iştirakı ilə Gşagirdin mobil telefonunu əlindən alıb. Onun şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.

Eyni zamanda, keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyinə əsasən Günel Əliyevanın bədəni üzərində dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.

15:34 - 19 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin