Komissar polis həyat yoldaşını sinəsindən güllələdi - FOTO/VİDEO

 Komissar polis həyat yoldaşını sinəsindən güllələdi - FOTO/VİDEO

Türkiyənin Edirne şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Asayis.az  Türkiyə KİV-ə istinadən xəbər verir ki, komissar, polis olan keçmiş həyat yoldaşını silahla güllələyib.

Hadisə Kocasinan ərazisindəki Muammer Aksoy küçəsində yaşanıb.

Komissar Ali Y. 2 il əvvəl ayrıldığı həmkarı və həyat yoldaşı Sevda Kuşu sinəsindən iki dəfə güllələyərək ağır yaralayıb.

Bundan sonra cinayətkar ayaqyalın qaçaraq polisdən gizlənməyə çalışıb. Sevda Kuş hadisə yerinə çağırılan təcili yardımla Trakya Universitetinin Tibb fakültəsinin xəstəxanasına aparılıb.

Həkimlər ona ilkin müdaxilələr etsə də, həyatını xilas etmək mümkün olmayıb.

Keçmiş cütlüyün 8 yaşlı qızı var.

Hadisə ilə bağlı cinayət işi açılıb. Hazırda istintaq prosesi davam etdirilir. 

 

VİDEO

15:45 - 16 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin