Bakıda aramsız yağan yağışlar nəticəsində dayanacaqların birini su basıb.
Asayis.az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə sakinlər məlumat verib.
Belə ki, Nizami rayonu ərazisində Elşən Süleymanov küçəsi 145-də yerləşən dayanacaq su ilə dolub.
Sakinlər dayanacaqda yığılan su səbəbindən kənar yerdə dayanmaq məcburiyyətində qalıblar.
Görüntüləri olduğu təqdim edirik:
VİDEO