Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) Suriyada təşkil etdiyi əməliyyatda 2012-ci ildə Şırnakda 10 türk əsgərinin şəhid olduğu hücumun səbəbkarlarından olan PKK-nın qondarma zabiti Fatma Sakana zərərsizləşdirilib.
Asayis.az heberler.com-a istinadən xəbər verir ki, 2006-cı ildə İranda terror təşkilatı PKK-ya qoşulan Sakana 2010-2012-ci illər arasında Şırnak çölündə fəaliyyət göstərib.
Sakanın İraqda olduğu müddətdə terror təşkilatı PKK liderlərindən olan Duran Kalkanla birgə fəaliyyət göstərdiyi müəyyən edilib.
Nəhayət, Suriyanın Qamışlı şəhərində olduğu müəyyən edilən terror təşkilatının qondarma liderlərindən olan Sakana MİT-in keçirdiyi dəqiq əməliyyatla zərərsizləşdirilib.
VİDEO