Azərbaycanda keçmiş naziri vəfat edib

 Azərbaycanda keçmiş naziri vəfat edib

Azərbaycanın keçmiş material ehtiyatları naziri və sabiq deputat Fərrux Zeynalov vəfat edib.

F.Zeynalov uzunsürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Fərrux Məmmədnəbi oğlu Zeynalov 1942-ci il mayın 4-də Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində anadan olub. O, 1992-1997-ci illərdə material ehtiyatları naziri işləyib. 1999-2005-ci illərdə "Güvən" şirkətinin baş direktoru vəzifələrində çalışıb.

XVII və XVIII çağırış Bakı Şəhər Xalq Deputatları Sovetinin, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub. 3 övladı var.


11:16 - 14 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin