Azərbaycanın müxtəlif rayonlarında yerləşən stansiyaların bərpa olunması maraqla gözlənilən məsələlərdəndir.
Asayis.az xəbər verir ki, Ucar sakinləri qatarların rayona məxsus stansiyada nə vaxt dayanması ilə bağlı müraciət edib.
Sakinlərin müraciətinə cavab almaq üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) müraciət edib. ADY-dən BAKU.WS-ə bildirildi ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkətdə olan oturacaq vaqonlardan ibarət sürət sərnişin qatarına hazırda Ucar stansiyasında dayanacaq verilir:
“Yaxın gələcəkdə istifadəyə veriləcək sürətli Flirt qatarlarına da mümkün olduğu halda Ucar və digər stansiyalarda dayanacaq verilməsi məsələsinə baxılacaqdır”.