Bakı-Quba-Rusiya sərhədi ödənişli avtomobil yolunda avtomobili yüksək sürətlə idarə edən qadın məsuliyyətə cəlb edilib.
Asayis.az-ın əldə etdiyi məlumata görə, 77-ES-777 nömrə nişanlı “Range Rover” markalı maşını 200 km/saat sürətlə idarə edərək videoya çəkən qadının kimliyi yol polisi tərəfindən müəyyənləşdirilib. Avtomobil saxlanılaraq cərimə meydançasına salınıb.
Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev sorğumuza cavab olaraq bildirib ki, sürücü Axundzadə Əsmət Roman qızı yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisi əməkdaşları tərəfindən saxlanılıb: “Onun barəsində ciddi intizam tədbirləri görülüb. Bir daha bütün sürücülərə və digər yol hərəkət iştirakçılarına müraciət edərək bildiririk ki, reytinq xətrinə bu kimi qayda pozuntularına yol verməsinlər. Nəzərə alsınlar ki, belə şəxslər barəsində ciddi tənbeh tədbirləri görüləcək”.