İdarəetməni itirən sürücü “Prius”u dirəyə çırpdı - ANBAAN VİDEO

 İdarəetməni itirən sürücü “Prius”u dirəyə çırpdı - ANBAAN VİDEO

Ötən gecə paytaxt ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, “Toyota Prius” markalı avtomobilin sürücü döngədə idarəetməni itirərək maşını yol kənarındakı dirəyə çırpıb.

Xəsarət alanlar barədə məlumat olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Sözügedən görüntüləri təqdim edirik:

 

VİDEO

13:00 - 15 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin