Ərini öldürən Gülnara 9 il həbs verildi

 Ərini öldürən Gülnara 9 il həbs verildi

Bakıda ərini qətlə yetirməkdə təqsirləndirilən Gülnar Vəlizadəyə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Vəlizadə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvarında Hövsanda baş verib. 1991-ci il təvəllüdlü Gülnar 1990-cı il təvəllüdlü əri Elşən Hadızadəni bıçaqlayıb. Yaralı xəstəxanada vəfat edib.

Ailənin iki azyaşlı övladı var.

12:26 - 18 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin