Ruhiyyə Əliyeva: “Bu cinayətin kökündə məsuliyyətsizlik dayanır”

 Ruhiyyə Əliyeva: “Bu cinayətin kökündə məsuliyyətsizlik dayanır”

Liatris Holding”in rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyeva ötən gün paytaxtda baş vermiş dəhşətli qətl hadisəsinə münasibət bildirib. 

Asayis.az xəbər verir ki, Ruhiyyə Əliyeva uşaqların qəddarcazına qətlə yetirilməsinin normal insani əməl olmadığını deyib:

"Dünən baş vermiş dəhşətli qətl hadisəsi məni çox üzdü. Bir ailənin üzvlərini məhv edən qatil elə həmin ailənin öz övladı idi. Xüsusilə, uşaqların qəddarcazına qətlə yetirilməsi normal bir insan əməli ola bilməz. Pxisi xəstəlikdən müalicə olunan bir şəxsin soyuqqanlıqla cinayət törətməsinin detalları istintaqla araşdırılacaq.

Mənə ən çox təsir edən isə cinayət anının videoçəklişidir. Bir ananın gözləri qarşısında övladının qətlə yetirilməsindən təsirli və faciəvi hadisə ola bilməz. İnsanlığın sınağa çəkildiyi günləri yaşayırıq.

Düşünürəm ki, bu cinayətin kökündə məsuliyyətsizlik dayanır. Valideyn, məktəb, tibb və cəmiyyət məsuliyyətsizliyi...".

Xatırladaq ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.


Aygün Əlizadə
 

16:00 - 14 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin