Bakıda 59 nömrəli tam orta məktəbin direktoru Bikə Əhmədova və 2015-ci il təvəllüdlü oğlu Məhəmməd Əhmədovla birlikdə qətlə yetirilən Mehman Əhmədov sabiq məmurdur.
Asayis.az xəbər verir ki, bununla bağlı “Qaynarinfo” məlumat yayıb.
Bildirilib ki, 2022-ci ilə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəisi vəzifəsini tutub.
Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Bakıda oğlu tərəfindən qətlə yetirilən qadın məktəb direktoru olub.
Asayis.az apa-ya istinadən xəbər verir ki, qətlə yetirilən Bikə Əhmədova Xətai rayonu 59 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.
Hadisə ailənin Xətai rayonu, General Şıxlinski küçəsi 29 ünvanında olan evlərində qeydə alınıb. Ailədə olan münaqişənin qətllə nəticələndiyi bildirilir.
Ailənin böyük oğlu, 1999-cu il təvəllüdü Əhməd Əhmədov balta ilə anası Bikə Əhmədovanı, atası Mehman Əhmədovu və 2015-ci il təvəllüdlü Məhəmməd Əhmədovu qətlə yetirib.
Hadisə barədə polisə qonşular məlumat veriblər.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, istintaq hərəkətləri aparılır.
***
Bakıda əri və övladı ilə birgə qətlə yetirilən Bikə Əhmədova məktəb direktoru olub.
Asayis.az lent.az-a istinadən xəbər verir ki, B.Əhmədova Bakı şəhəri, Xətai rayonunda yerləşən 59 saylı orta məktəbin direktoru olub.