Magistral yolu tüstüyə bürüyən sürücü cəzalandırıldı - VİDEO

 Magistral yolu tüstüyə bürüyən sürücü cəzalandırıldı - VİDEO

Bakı-Qazax magistral yolunda avtomobillərin hərəkətini çətinləşdirən nəqliyyat vasitəsinin görüntüləri yayılıb.

Asayis.Az xəbər verir ki, magistralda hərəkət edən minik avtomobillərindən birindən çıxan qatı tüstü görmə məsafəsini çətinləşdirib. Bəzi sürücülər isə yola duman çökdüyünü zənn ediblər.

Baş Dövlət Yol Polisi İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, artıq nasaz avtomobillə yüksək sürətli avtomobil yoluna çıxan sürücü barəsində tədbir görülüb: “Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda idarə etdiyi nasaz nəqliyyat vasitəsilə digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücü ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Baş DYP İdarəsində araşdırılıb.

Araşdırma nəticəsində 99-ZY-691 dövlət qeydiyyat nişanlı avtomobili mühərriki nasaz vəziyyətdə idarə edən şəxsin Şirvan şəhər sakini Yavər Zaidov olduğu müəyyən edilib və həmin sürücü barəsində inzibati qanunvericiliyə uyğun tədbir görülüb”.

 

16:45 - 13 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin