Türkiyənin zəlzələyə davamlı 9 şəhəri - VİDEO

 Türkiyənin zəlzələyə davamlı 9 şəhəri - VİDEO

Türkiyəli sesymoloq, professor Övgün Ahmet Ercan Türkiyənin zəlzələyə davamlı 9 şəhərinin adını açıqlayıb.

Asayis.az  xəbər verir ki, o sosial şəbəkə hesabında etdiyi paylaşımda "Heç bir elmi əsası olmasa da, İstanbulda zəlzələ olacağı deyilir. Bu da insanlara qorxu yardır, onları daim təşviş içində saxlayır. Kimi şəhəri tərk edir, kimisi başqa yerdən ev alır, maddi baxımdan imkanı olmayanların isə psixologiyası pozulur. Bunun belə olmağını kim istəyər ki?..." sözlərini yazıb.

Daha sonra Övgün Ahmet Ercan Türkiyənin zəlzələyə davamlı və ən təhükəsiz 9 şəhərinin adını açıqlayıb:

"Zəlzələ qorxusu yaşamaq istəməyənlər Artvin, Rize, Trabzon, Giresun, Ordu, Samsun, Sinop, Kastamonu, Zonguldak kimi şəhərlərə köçə bilərlər. Burada hər yer yaşıllıq, bol oksigen, dəniz və təhlükəsiz yaşam şəraiti var.

Daha nə istəyərək ki?...".

Ətarflı videoda:

 

VİDEO

12:30 - 13 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin