Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasını davam etdirir.
Asayis.az bu barədə AYNA-ya istinadən xəbər verir.
Məlumata görə, bu çərçivədə Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin aralığındakı hissəsində artıq müvafiq nişanlanma işlərinə başlanılıb.