Əvvəllər meyvələri qabığı ilə birlikdə yeməyi məsləhət görürdülər. Düşünürdülər ki, ən az meyvənin özü qədər qabığında da vitaminlər var.
Son dövrlərdə isə əksinə istər meyvələrin, istərsə də tərəvəzlərin qabıqlarının soyulması məsləhət görülür. Səbəb isə bu məhsulların daha uzunömürlü olması, parlaq görünməsi üçün üzərlərinə vurulan parafin maddəsidir.
Mütəxəssislər qeyd edirlər ki, üzərinə parafin vurulan meyvə və tərəvəzlər ağır xəstəliklərə yol aça bilər.
“Parafin daha çox kosmetoloji məhsulların hazırlanmasında istifadə olunur. Yüksək dərəcədə toksik maddədir. Həm qaraciyərə, həm də böyrəyə ciddi təsirləri var”, - terapevt Nəbi Absalamov deyib.
Qida üzrə mütəxəssis Məhsəti Hüseynova isə bildirib ki, xaricdən gətirilən meyvə və tərəvəzlərə xarab olmaması və uzun müddət qalması üçün digər kimyəvi qatqı maddələri də vurulur ki, onlar xərçəng xəstəliyinin yaranmasına səbəb olur.
Daha ətraflı Baku TV-nin süjetində: