Qızıl bazarında qiymətlərdə artım müşahidə olunur.
Xezerxeber.az xəbər verir ki, satıcılar artımı dünya bazarında qiymətlərlə əlaqələndirirlər.
Satıcılar təlabatın Türkiyədən gətirilən nisbətən ucuz olan qızıla olduğunu söyləyirlər. Ərəb qızılı isə bazarda ən baha satılan qızıldır. Qiymət artımı ikinci əl qızıl bazarında da özünü göstərir.
Qızılın bahalaşması zərgərlik məmulatlarının çeşidini azaltmasa da alıcıların sayına təsir göstərib.
Satıcılar mart ayında qiymətlərin nisbətən enəcəyinə ümid etdiklərini bildirirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: