İsmayıllı sakinindən qanunsuz odlu silah götürülüb - FOTO

 İsmayıllı sakinindən qanunsuz odlu silah götürülüb - FOTO

Vətəndaşlarda qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Asayis.az-a verilən məlumata görə, tədbirlərlə rayon sakinindən qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

10:30 - 11 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin