Şəmkirdə evdə partlayış olub.
“Asayis.az” xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.
Hadisə nəticəsində qəsəbə sakini, 2003-cü il təvəllüdlü Nahid Həsənov yanıq xəsarətləri alıb.
O, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
21 yaşlı gənc oğlanın vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən Yanıq Mərkəzinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.