Mağazada satılan yumurtadan cücə çıxdı - FOTO/VİDEO

 Mağazada satılan yumurtadan cücə çıxdı - FOTO/VİDEO

Marketlərdən birində satışa çıxarılan yumurtalardan birindən cücə çıxıb.

Asayis.az xəbər verir ki, hadisə Tailandad yaşanıb.

Həmin yumurtalar fermadan marketə satılmaq üçün gətirilib. Marketdə kasetlərə yığılan ymurtalardan səs gəlib. Bunu mağazada çalışan mühafizəçi eşidib.

O, yumurtalar yığılan yerə getdikdə cücə çıxdığını görüb.

Həmin anlar ətrafdakılar tərəfindən anbaan lentə alınıb.

Sosial şəbəkələrdə yayılan görüntülərə izləyicilər “Allahın işi”, “Öldürməyən Allah öldürməz”, “Orada işləyənlər cəzalandırılmalıdırlar”, “Möcüzə cücə” kimi şərhlər yazıblar.

 

VİDEO

​​

 

 

 

18:00 - 9 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin