İntihardan öncə Elvin deputatdan nə xahiş edib?

 İntihardan öncə Elvin deputatdan nə xahiş edib?

“Qurban bayramı günü digər qazilərimizlə birgə Elvinlə görüşmüşəm, bayramlaşmışıq. Görüşdə ailə üzvünün məktəbdə işə qəbulu ilə bağlı xahiş etdi. Görüşdən sonra Elvin mənimlə bir daha əlaqə saxlayaraq dayısı oğlunun da bank sektorunda işə düzəlməsini xahiş etdi, dayısı ilə də danışmışam”.

Bu sözləri deputat Kamal Cəfərov sosial şəbəkə hesabında qeyd edib. O, həmçinin hazırda Elvinin yas mərasimində olduğunu və onun ölümü ilə bağlı araşdırma aparıldığını da qeyd edib. 

“Elvin Cəfərovun intiharı hər birimizi dərindən sarsıtdı. Milli Məclisin Sədrinin müavini Adil Əliyevlə birlikdə Vətən müharibəsi qazisi Elvin Cəfərovun yas mərasimində iştirak etmək üçün hazırda Sabirabad rayonundayıq. Allahdan bir daha Elvinə və bütün şəhidlərimizə rəhmət diləyir, ailələrinə səbr, qazilərimizə şəfa diləyirəm. Eyni zamanda qeyd etməliyəm ki, qazimiz Elvinin intihar etməsi faktı ilə bağlı hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”.


05:37 - 16 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin