Burak Özçivit Fahriyeni müdafiə etdi: "Bu xəbərlər bizi bezdirdi" - FOTO

 Burak Özçivit Fahriyeni müdafiə etdi:

Məşhur aktyor Burak Özçivit həyat yoldaşı Fahriye Evcenlə bağlı yayılan xəbərlərə reaksiya verib.

Asayis.az   Türkiyə a-ə istinadən xəbər verir ki, aktyor arvadı ilə yer aldığı reklam çəkilişlərinin normal keçdiyini, Fahriyenin çəkiliş meydanında dava çıxarması xəbərlərinin əsassız olduğunu bildirib:

"Həyat yoldaşımla gözəl bir reklama çəkildik. 3 gün boyunca gülüb-əyləndik. Uşaqlarımız belə yanımızda idi. Biz bütün heyətlə xoşbəxt şəkildə bu çəkilişləri etdiyimiz bir vaxtda bir karavanla bağlı xəbərlərin yayılması bizi yordu və bezdirdi.

Xahiş edirəm, bizim haqqımızda iddialar irəli sürüb onu xəbər halına salmayın. Nöqtə!.

Xatırladaq ki, ötən gün Türkiyə mətbuatında aktrisa Fahriye Evcenin çəkiliş meydanında dava salaraq, istirahəti üçün özünə şəxsi karavan tələb etməsi ilə bağlı xəbərlər yayılıb.

Aktrisanın karavan olmadığı təqdirdə çəkilişlərə başlamayacağını bildiridiyi deyilib. 

10:45 - 9 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin