Abşeron rayonunda 1984-cü il təvəllüdlü Elmar müştərisi Samirəyə (adlar şərti verilib - red.) təcavüz edib.
Asayis.Az teleqraf-a istinadən bildirir ki, Elmar məşğul olduğu taksilik fəaliyyəti ilə əlaqədar 2021-ci ilin oktyabr ayında müştəri qismində xidmətlərindən mütəmadi istifadə edən şəxs kimi tanıdığı 2004-cü il təvəllüdlü Samirəni 7 dekabr 2021-ci ildə, saat 19.30-da idarə etdiyi "Opel Corsa D" markalı minik avtomobilinə əyləşdirib. O, avtomobil idarə etməyi öyrətmək adı ilə aldadıb və Abşeron rayonu, Masazır qəsəbəsi, "Duz Zavodu" yoluna insanların olmadığı yerə aparıb.
Orada Samirənin 18 yaşına çatmadığını aşkar surətdə bildiyi halda ətrafda heç kimin olmamasından istifadə edərək avtomobilin salonunda cinsi əlaqədə olub, bakirəliyini pozacağını deyib. Sonra müqavimət göstərən Samirənin hədələyərək ona qarşı seksual xarakterli hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Elmarın barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Samirəni onun anasına görə dərsə aparıb-gətirib, cibinə xərclik qoyub, ona qarşı qanunsuz heç nə etməyib: "Hadisədən bir-iki gün əvvəl Samirə və anası məndən 50 manat istədi. Samirənin ad gününə özünə geyim alması üçün 20 manat verdim. Samirəyə öz qızım kimi yanaşmışam".
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü təxminən saat 11 radələrində Samirə ona zəng edib və onu yaşadığı evdən götürərək "20 Yanvar" metrosuna aparıb:
"Həmin gün ona pul vermək istədim. Lakin verdiyim pulu götürmədi.
Halbuki əvvəllər ona pul verəndə götürürdü. Hadisə günü axşam saatlarında isə Samirəni və rəfiqəsini olduqları yerdən götürdüm. Əvvəlcə onun rəfiqəsini yola saldım.
Daha sonra isə Samirəni yaşadığı evin qapısına düşürdüm. Dekabrın 10-da, günorta saatlarında Masazır tərəfdə dayandığı vaxt polis əməkdaşları avtomobilimin pəncərəsini qıraraq məni tutdular. Daha sonra isə buraxdılar. Lakin aprelin 12-də yenidən saxlanıldım".
Təqsirləndirilən şəxs bildirib ki, Samirənin anası Təranəni 2021-ci ilin oktyabr ayından tanıyıb: "Sərnişin daşıdığım vaxt Təranə ilə tanış olmuşam.
Onunla yaxın münasibətdə olmuşam, ər-arvad kimi yaşamışıq. Təranə evli olub və əri ilə birlikdə yaşayıb. Təranə ilə tanış olduqdan sonra bir dəfə zəng edərək pulu olmadığını, qızlarını "20 Yanvar" metrosu yaxınlığına lombarda qoymağımı istədi.
Bundan sonra daimi olaraq onun qızları Pərini işə, Samirəni isə dərsə aparıb-gətirmişəm. Narkotik vasitədən istifadə etməmişəm. Bank hesabım olub və Təranəyə maddi köməklik edə biləcəyimi demişəm. Təranə məndən 2600 manat borc pul istəyib.
Təranə lombarda pul verməli olduğunu, vermədiyi halda lombarda qoyulan qızılların satılacağını, həmçinin bir tərəfdən də qızılların sahiblərinin öz qızıllarını istədiyini söylədi. Samirəyə avtomobil sürməyi öyrətmişəm. Avtomobildə Samirə, rəfiqəsi və daha iki sərnişin olub. Sonuncu müştərini düşürdükdən sonra Samirə məndən şokolad və günəbaxan tumu istədi. Mən də alaraq verdim".
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü həm də Samirənin bacısı Pərini işdən götürməli olub: "Pərini saat 21 radələrində götürməli idim, həmin vaxta qədər 20 dəqiqəyə yaxın boş vaxt yarandığı üçün Samirə avtomobil sürməyi öyrətməyimi istədi. Daha sonra da bacısını işdən götürməyi təklif etdi. Mən də razılaşdım. Samirəyə avtomobil sürməyi "Duz gölü"nün yanında öyrətdim. Məhz "Duz gölü"nün yanında avtomobil sürməyi heç kim təklif etməyib. Daha sonra saat gec olduğundan Samirə onu evlərində düşürməyimi, bacısının gələcəyini dedi. Mən də Samirəni evinin qarşısında düşürdükdən sonra getdim. Samirənin atası qızlarını aparıb-gətirdiyimi bilib. Mən Samirəyə zor tətbiq etməmişəm, seksual xarakterli hərəkətlər etməmişəm. Samirəgil məndən pul istəyib. Hətta Pəri belə diplomunu universitetdən götürmək üçün 500 manat verməyimi söyləyib. Digər tərəfdən də onlar pul istədikcə vermişəm. Mənim günlük qazancım 30 manat olub. Təranə pul vermədiyim halda başıma oyun açacağını deyib. Dekabrın 3-dən sonra məni hədələməyə başlayıb. Təranə mənimlə şəkilləri, videoları olduğu üçün o, qızı vasitəsilə məni hədələmək istəyib. Təranə narkotik tərkibli dərmanlar istifadə edib. Ona görə də ağlına nə gəlirdisə, onu da həyata keçirib".
İş üzrə zərərçəkmiş Samirənin sözlərinə görə, hadisə günü qrup yoldaşı və digər sərnişinlərlə birlikdə Elmarın avtomobilində olublar: "Qrup yoldaşımı düşürdükdən sonra Elmara məni evə aparmasını xahiş etdim. Elmar isə mənə "bacının işdən çıxmasına 15-20 dəqiqə vaxt qalıb, bacını da götürüb birdəfəlik evə gedərik, çünki mən təkrar gəlib bacını götürə bilməyəcəm, yollar tıxac olur" dedi. Elmara dərsdən çıxdığımı, yorğun olduğumu, buna görə də evə getmək istədiyimi bildirdim. Marketdən şokolad almaq istədim. Lakin Elmar özünün düşərək alacağını dedi. Həmçinin Elmar mənə avtomobil sürməyi öyrətmək istədiyini, mən isə avtomobil sürmək istəmədiyimi, mənə lazım olmadığını bildirdim. Lakin təkid edərək "sənə maşın sürməyi öyrədəcəm, çünki bacının da işdən çıxmasına az qalıb" dedi. Elmara evə getmək istədiyimi təkrar söylədikdən sonra hadisə baş verdi".
Zərərçəkmiş şəxs daha sonra ifadəsində qeyd edib: "Elmarı bir ay olar ki, tanımışam. Elmarı mənimlə anam tanış edb. Həmişə Elmara "dayı" deyə səslənmişəm. Elmardan avtomobil sürməyi mənə öyrətməsini xahiş etməmişəm. Əvvəllər Elmar mənə qarşı bu kimi hərəkətlər etməyib. Hadisə təxminən saat 20 radələrində olub. Həmin ərazidə heç kim olmadığı üçün səsimi eşidən olmayıb. Mən ağlayaraq "Elmar dayı, xahiş edirəm eləmə" demişəm. Mən qaçmaq istəyəndə isə Elmar "qaçma, onsuz səni tutacam" deyə söyləyib. Hətta "bunları valideyninə desən, sənin başını kəsəcəm, sonra da gedib həbsdə yatacam" belə deyib. Mən isə Elmarı məni evə çatdırmasını, heç kimə bir söz deməyəcəyimi söyləmişəm. Evə çatdıqdan dərhal sonra anama zəng etmişəm və qorxmaması üçün sadəcə yıxıldığımı deyərək evə tez gəlməsini xahiş etmişəm. Bacım işdən evə gəldiyi zaman isə baş verənləri danışmışam. Daha sonra anama olanları söyləmişəm. Həmin vaxt atam gecə növbəsində işlədiyi üçün evdə olmayıb. Hadisənin olduğu günün axşamı mən anam və bacım polis bölməsinə getdik. Baş verənləri orada danışdıq".
Samirənin sözlərinə görə, anası Elmara onu və bacısını aparıb-gətirməsi üçün pul ödəyib: "Elmar hər dəfə məni götürməyə gələndə anam ona 1 manat verməyimi tapşırıb. Elmar isə 1 manatı götürmək əvəzinə, mənə 10-20 manat verib. Lakin həmin puldan imtina etmişəm. Anamı hər gün görə bilmədiyimdən, həmçinin bəzən atamın mənə xərclik qoymaq yadından çıxdığından anam Elmara mənə xərclik verməsini tapşırıb. Hadisə zamanı telefonum üzərimdə olub. Hadisə baş verdiyi vaxt kiməsə zəng etmək imkanım olmayıb. Hadisə zamanı Elmar mənim sinəmə toxunub. Mən isə qaçmaq istəmişəm. Lakin qaçmaq üçün imkanım olmayıb. Mən qaçmaq istəyəndə Elmar gödəkcəmin arxasından tutaraq məni avtomobilə mindirib və "sənə heç nə etməyəcəm" deyib. Hadisə zamanı qışqırmışam, Elmarı vurmuşam. Məni buraxmasını xahiş etmişəm. Elmar isə mənə "sənə heç nə etməyəcəm, gəl otur qabaqda" deyib. Elmar məni məcbur edərək qabaq oturacaqda oturtdurub. Elmarın mənə yaxınlaşmaması üçün dəfələrlə onu vurmuşam. Elmar mənə xəsarət yetirməyib. Elmar mənim sinəmdən tutub. Mən isə avtomobilin qapısını təpikləmişəm Elmar mənə dedi ki, seksual xarakerli hərəkətlər etməsən, sənin qızlığını pozacam. Hadisə ucqar ərazidə olub, orada heç kim olmayıb. Elmar mənim sinəmə toxunub. Heç kimlə qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Sağlamlıq problemim olduğu üçün ekspertiza rəyində mənim qeyri-təbii yolla cinsi əlaqədə olmağım ilə bağlı əlamətlər olduğu qeyd olunub. Mən heç kimlə qeyri-təbii yolla cinsi əlaqədə olmamışam".
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elmar 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.