Prospektdə partlayan “Khazar” tıxaca səbəb oldu, maşını isə sürücü yandırıb

 Prospektdə partlayan “Khazar” tıxaca səbəb oldu, maşını isə sürücü yandırıb

Bakının Xətai rayonunda yol kənarında dayanan avtomobil yanıb.

Hadisə Yusif Səfərov və Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb. 99-PS-156 dövlət nişanlı “Khazar” markalı maşın yol kənarında hərəkətsiz vəziyyətdə olarkən yanmağa başlayıb. Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə bölməsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Alov avtomobilin mühərrik hissəsindən başladığından qısa müddətdə salona keçib. Yanğın söndürülüb. Avtomobilin sahibi isə axtarılır.

Baş vermiş hadisəyə görə Yusif Səfərov küçəsindən Heydər Əliyev prospekti istiqamətində tıxac yaranıb. Əraziyə Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub.
 

Əldə etdiyimiz məlumata görə, avtomobilə onun sürücüsü od vurub. Maşının alışdığını görən həmin şəxs daha sonra ərazini tərk edib.


01:53 - 16 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin