30 yaşlı ədliyyə məmuru vəfat edib.
Asayis.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zonguldakın Ereğli rayonunda ədliyyə məmuru 30 yaşlı Oğuzhan Kalaycı boğaz ağrısı şikayəti ilə özəl xəstəxanaya müraciət edib.
30 yaşlı məmura iynə vurulduqdan sonra dünyasını dəyişib. İlkin tibbi yardım göstərilməsinə baxmayaraq, məmurun ürəyi dayanıb və onun həyatını xilas etmək olmayıb.
Ölüm səbəbi ilə bağlı dəqiq məlumat verilməsə də, hadisə ilə bağlı istintaq başladılıb. (azxeber.com)