İstanbulda məhkəmə binasına silahlı hücumla bağlı saxlanılanların sayı ı 90-a çatdı

 İstanbulda məhkəmə binasına silahlı hücumla bağlı saxlanılanların sayı ı 90-a çatdı

Türkiyənin İstanbul şəhərində məhkəmə binası qarşısındakı polis keçid məntəqəsində törədilən terror aktı ilə bağlı aparılan istintaqda saxlanılan şübhəlilərin sayı 90-a çatıb.

Asayis.az bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

Məlumata görə, İstanbul Respublika Prokurorluğu DHKP/C terrorçuları Emrah Yayla və Pınar Birkoçun Çağlayandakı İstanbul Ədliyyə Sarayı qarşısındakı polis məntəqəsinə silahlı hücumu ilə bağlı aparılan istintaqda yeni şübhəlilər müəyyən edib və həbs qərarı verib.

Bildirilib ki, Baş Prokurorluğun göstərişi ilə hərəkətə keçən polis qrupları indiyədək 90 şübhəlini saxlayıb.

Xatırladaq ki, dünən İstanbulda məhkəmə binasında silahlı insident olub. Məhkəmə binası qarşısında polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər öldürülüb.

Daxili İşlər Naziri Ali Yerlikaya dünən verdiyi açıqlamada istintaq çərçivəsində 25 fərqli ünvanda əməliyyat keçirildiyini və 40 nəfərin saxlandığını bildirib.

 

15:00 - 8 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin