Qışın ortasında Türkiyədə qəribə təbiət hadisəsi - FOTO

 Qışın ortasında Türkiyədə qəribə təbiət hadisəsi - FOTO

Bazar ertəsi Afrika üzərindən Türkiyəyə isti hava dalğası daxil olub.

Asayis.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Mərmərə bölgəsində güclü qar yağacağını gözləyənlərə heç gözləmədikləri hava hadisəsi ilə qarşılaşıblar.

Meteoroloq Orhan Şen sosial media hesabında Türkiyəyə girən Afrika istiləri ilə bağlı yeni və narahatedici tarix paylaşıb.

Şen açıqlamasında, "Bu hələ heç nə deyil, bizi sözün əsl mənasında yandıracaq" deyib.

"Havanın temperaturu yüksəlməkdə davam edir. Xüsusilə də şimal bölgələrində temperatur iqlim normasından 10 dərəcə yüksək olacaq. Bu hava normal deyil. Bu gün İstanbulda 15 dərəcə, bazar və bazar ertəsi 17-18 dərəcə isti olacaq, yağış da dayanıb. Gələn çərşənbə axşamına qədər heç bir yağış olmayacaq”.

16:30 - 7 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin