Şəhid xanımı 11 min dollar tapdı, sahibinə qaytardı - VİDEO

 Şəhid xanımı 11 min dollar tapdı, sahibinə qaytardı - VİDEO

Vətən müharibəsinin şəhidi Natiq Baxşəliyevin xanımı Gülnaz Baxşəliyeva bu gün paytaxtda böyük miqdarda pul tapıb.

Asayis.az Oxu.Az-a istinadən xəbər verir ki, şəhidin həyat yoldaşı pulu itirən şəxsi axtarmaq üçün ATV telekanalında yayımlanan “Bizimləsən” verilişinə müraciət edib.

Məbləğin nə qədər olduğu və hansı istiqamətdə tapıldığı barədə məlumatlar açıqlanmayıb. Məlumata görə, bu məbləğ 11 min dollar olub.

Telekanalın qaynar xəttinə zəng edənlərdən birinin pulun həqiqi sahibi olduğu bəlli olub.

Həmin görüntüləri təqdim edirik:

 

VİDEO

14:30 - 7 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin