Sabiq prezidentin oğlu güllələndi

 Sabiq prezidentin oğlu güllələndi

Hondurasın paytaxtında beynəlxalq cinayətkar qruplaşmanın üzvləri dörd gənci güllələyiblər.

Onlar arasında ölkənin eks-prezidenti Porfirio Lobo Sosanın 19 yaşlı oğlu da var.

Hadisə iyulun 14-də səhər saatlarında qeydə alınıb. Hücum edən şəxslər gecə klubunun çıxışında eks-prezidentin oğlu ilə birgə 4 gəncin əyləşdiyi maşını saxlayıblar. Gənclər maşından çıxarılaraq atəşə tutulub.

Honduras polisinin rəhbəri bildirib ki, hücumu dünyanın ən qəddar və təhlükəli qruplarından biri hesab edilən MS-13 cinayətkar qruplaşması həyata keçirib.

Faktla bağlı araşdırma aparılır.

05:00 - 15 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin