Kənddə biabırçılıq: 2 uşaq anası sevgilisi ilə görüşdü - ŞOK TƏFƏRRÜAT

 Kənddə biabırçılıq: 2 uşaq anası sevgilisi ilə görüşdü - ŞOK TƏFƏRRÜAT

İmişli rayonunda 1987-ci il Saleh şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Cəlaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin yanvarın 10-da İmişli rayonunun Yuxarı Qaralar kəndində baş verib. 

Saleh yaşadığı bir otaqlı fərdi yaşayış evinin içərisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı otaqda istilik üçün nəzərdə tutulmuş qaz sobasının üzərindəki çuğun materiallı çaydanda olan qaynar suyu Cəlalənin üzərinə töküb. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Saleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O bildirib ki, Cəlalə ilə 2010-cu ilin aprelin 16-da rəsmi nikaha daxil olaraq evlənib: 

“Bizim birgə nigahımızdan iki övladmız olub. İmişli Rayon Məhkəməsinin 5 may 2018-ci il tarixli qətnaməsi ilə boşanmışıq. Boşanmadan sonra uşaqlar Cəlalənin himayəsində qaldı və saxlanmalarından ötrü üzərimə ayda 400 manat aliment öhdəliyi qoyuldu. Boşanmağımıza baxmayaraq 2023-cü ilin yanvar ayınadək Qaralar kəndindəki evdə Cəlalə ilə birlikdə yaşamağa davam etmişik. Uşaqların bütün xərclərini qarşılamışam. Boşanmağımız Cəlalənin özünə sosial yardım düzəltdirmək niyyəti ilə əlaqədar olub. Biz bu barədə razılaşmışıq”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, o, Cəbrayıl rayonunda fəaliyyət göstərən ANAMA-da işləyib və 2022-ci ilin noyabr ayının əvvəllərində işdən çıxaraq Bakı şəhərinə fəaliyyət göstərən “Tornada” şirkətində mühafizəçi düzəlib: 

“Boşanmadan sonrakı müddətdə Cəlalə məndən daha çox aliment ödəməyi tələb etdiyinə görə aramızda mübahisələrimiz oldu. Bakı şəhərində olarkən Cəlalə dəfələrlə zəng edərək məni evə dəvət edib. Sonuncu dəfə isə 2023-cü ilin yanvarın 9-da zəng edərək evə gəlməyimi, gələrkən çörək almağımı xahiş etdi. Cəlalənin çağırışından sonra İmişli rayonu Yuxarı Qaralar kəndinə getdim və mağazaların birindən 25 manat dəyərində bazarlıq edərək uşaqlarımın yanına yollandım. Gecəni orada qaldım. Səhəri gün uşaqlar məktəbə getdikdən sonra Cəlalənin qeyri-rəsmi münasibət saxladığı Elçin adlı şəxs telefonla zəng etdi. Mən Elçini görməsəm də, 2022-ci ilin oktyabr ayında Cəlalənin kənddəki mağazadan kişi qol saatı alıb ona hədiyyə etməsi barədə eşitmişdim. 

2022-ci ilin dekabr ayında Cəlalədən mağazadan aldığı saatı gətirib göstərməsini tələb etdim. Cəlalə guya hansısa qohumunun həmin saatdan xoşu gəldiyini və saatı həmin şəxsə verərək əvəzində qolbağı aldığını dedi. Cəlaləyə inanmadım və ondan başqa bir şəxslə münasibətinin olub olmadığını dəfələrlə soruşdum. Cəlalə əvvəlcə boyun qaçırsa da, sonradan Elçin adlı şəxslə dini kəbin kəsdirdiyini etiraf etdi və kəbin kağızını göstərdi. Aramızdakı dini kəbin qüvvədə olarkən başqası ilə kəbin kəsdirməyin düzgün olmadığını bildirdim. Həmin kəbin kağızını gətirib rayonun axunduna göstərdim. 

Axund həmin kəbinin batil olduğunu bildirdi və kəbini geri oxudu. Cəlalənin kəbin kəsdirməydə məqsədi mənə acıq vermək olub. Çünki, 2022-ci ilin oktyabr ayında tanış olduğum bir qadınla kəbin kəsdirmişəm. Cəlalə həmin qadına mesaj yazaraq ailəsindən uzaq durmasını tələb etmişdi. Həmin qadın kəbinlərimizin şəklini Cəlaləyə göndərdiyi üçün o da Elçinlə kəbin kəsdirib”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin yanvar ayının 10-da, səhər saatlarında Elçin zəng vurarkən Cəlalənin telefonu onda olub: 

“Zəngə cavab verən zaman Elçinə niyə zəng vurduğunu soruşdum. Elçin telefonu sahibinə verməyimi bildirdi. Mən də telefonu Cəlaləyə uzatdım. Lakin Cəlalə telefonu götürmədi. Mən də  telefonu söndürərək evdəki qaz sobasının yanında üzü üstə uzandım. Həmin vaxt başımın arxasından vurulduğunu hiss etdim. Ayağa duraraq çevrilmək istəyərkən Cəlalə əlindəki əşya ilə bir dəfə də burun nahiyəmə vurdu. Sonra sobanın üstündən çaydanı götürərək qaynar suyu üstümə tökmək istədi. Lakin sağ əlimi yerə dayayaraq sol əlim ilə çaydanı qaytardığım üçün çaydan aşdı və qaynar su Cəlalənin üstünə töküldü. Burnumdan qan axdığı üçün əlim ilə üzümü tutdum və qapının yanında dayandım. Bu zaman Cəlalə stəkanı sobaya vurub sındıraraq üstümə gəldi. Mən isə stəkanın sınığını Cəlalədən almaq istəyərkən əlinə xəsarət yetirdim. Cəlalə qaçıb getdikdən sonra polis şöbəsinə gələrək hadisə barədə məlumat verdim. Cəlalə isə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək barəmdə şikayət etdi. Həmin hadisədən sonra uşaqlara görə yenə də Cəlalə ilə telefonda dəfələrlə əlaqə saxladım. Cəlalə də öz növbəsində mənə zəng edərək evə çağırıb və uşaqlar qorxduğu üçün hərdən bir gedərək onlarla qalmışam. Yanvarın 9-da Cəlaləyə cinsi əlaqədə olmaqla bağlı təklif etməmişəm. Buna görə onun paltarlarını cırmamışam və qaynar suyu üstünə tökməmişəm”.

İş üzrə zərərçəkmiş Cəlalənin sözlərinə görə, təqsirləndirilən Saleh ilə 2010-cu ilin aprelin 16-da rəsmi nikaha daxil olaraq evlənib: 

“İmişli Rayon Məhkəməsinin 5 may 2018-ci il tarixli qətnaməsi ilə boşanmışıq. Boşanmadan sonra uşaqlar mənim himayəmdə saxlanılıb. Onların saxlanmalarından ötrü Salehin üzərinə ayda 250 manat aliment öhdəliyi qoyuldu. Boşanmadan sonra uşaqlarla birlikdə İmişli rayonu Yuxarı Qaralar kəndində, qardaşım Zahidin həyətyanı sahəsinində tikdirdiyim iki otaqlı evdə yaşamışam. 2018-ci ilin dekabr ayının sonlarında Salehlə barışaraq 2020-ci ilin dekabr ayınadək həmin evdə onunla birlikdə yaşamışam. Həmin müddətdə Salehlə aramızda tez-tez dolanışıq üstündə münaqişə baş verib. Saleh Rusiyaya getmək istədikdə isə aliment öhdəliyi olduğu üçün sərhəddən keçə bilməyərək geri qayıtdı”. 


Zərərçəkmiş qeyd edib ki, 2020-ci ilin dekabr ayının sonlarında Saleh ondan birdəfəlik ayrılaraq evdən gedib və ancaq uşaqları görmək üçün hərdən bir gəlib:

“9 yanvar 2023-cü ildə, saat 20 radələrində Saleh gələrək uşaqları görmək istədiyini bildirdi. Mən Salehi evə qəbul etdim və həmin gün birlikdə qaldıq. Yanvarın 10-da, saat 13.00-da uşaqları məktəbə yola salandan sonra Salehlə evdə tək qaldıq. Evdəki sobanın yanında arxası üstə uzandığı vaxt Saleh şalvarını və köynəyini çıxararaq cinsi əlaqədə olmağı təklif etdi. 

Məndən rədd cavabı alandan sonra paltarlarını geyinərək mənə yaxınlaşdı. Saleh əli ilə köynəyimin yaxasından tutaraq nəyə görə onunla cinsi əlaqədə olmaq istəmədiyimi soruşdu. Ona başqası ilə evli olduğunu bildirərək getməsini tələb etdiyimə görə mübahisə etdik. Uzandığım vəziyyətdə sağ tərəfində olan stolun kənarından yapışdım, stolun üzərinə sərilən örtük dartıldığı üçün qablar yerə töküldü. Salehin özünü itirdiyini gördüm və özümdən uzaqlaşdırmaq məqsədilə sağ əlim ilə bir dəfə yumruqla onun burun nahiyyəsinə zərbə vurdum. Sonra uzandığım yerdən qalxıb çölə çıxmaq istəyərkən Saleh köynəyimin arxa boyun hissəsindən yapışaraq məni geri çəkdi və sol qolumun bilək nahiyyəsindən yapışdı. Mən üzünü Salehə tərəf çevirəndə sonuncunun qaz sobasının üstündəki qaynayan çaydanın dəstəyindən tutduğunu gördüm. 

Çaydandakı suyu üstümə tökəcəyini bilərək sağ əlim ilə özümü müdafiə edərkən çaydandakı qaynar suyu üstümə tökdü. Mənim sağ qol və sağ ayaq nahiyəmi yandırdı. Salehin əlindən çıxıb bayıra qaçdım. Bacımın yaşadığı evə gedərək polisə hadisə barədə məlumat verəndən sonra İmişli rayon mərkəzi xəstəxanasına gəldim. Həmin vaxtdan sonra Saleh tez-tez mənə zənglər edib və ya mesajlar yazaraq məni öldürməklə hədələyib”. 

Zərərçəkmiş qeyd edib ki, 2020-ci ilin yanvarın 16-da İmisli şəhəri H.Əliyev prospektində yerləşən “Mədəniyyət Mərkəzinin” qarşısında Elçin adlı şəxslə tanış olub: 

“Elçinlə telefonla əlaqəsi saxlamışam. İmişli rayonu Yuxarı Qaralar kəndində yerləşən evimdə onunla görüşürdüm. Elçinlə münasibətlərimiz barədə qohumlarımın məlumatı olub və münasibətimiz barədə Salehə də demişəm. 2022-ci ilin dekabrın 3-də Elçinlə dini nikah bağlamışam və şəhadətnamənin şəklini 2022-ci ilin dekabr ayının 10-da məndən uzaq durması üçün Salehə göndərmişəm. Lakin Saleh öz əməllərinə davam edərək məni mütəmadi olaraq narahat edib”. 

Bu cinayət işinə İmişli Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Saleh aylıq qazancından 10 faiz dövlət nəfinə tutulmaqla 11 ay 26 gün müddətə islah işləri cəzasına məhkum edilib. 

Demokrat.az

16:15 - 6 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin