“Azərsun”un yük maşını minaya düşdü

 “Azərsun”un yük maşını minaya düşdü

Cəbrayılda “Azərsun"un maşını minaya düşüb, sürücü xəsarət alıb.

ANAMA-dan verilən məlumata görə, hadisə bu gün Cəbrayılın Dağtumas kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə baş verib.

“Azərsun Holdinq" MMC şirkətinə məxsus yükdaşıma nəqliyyat vasitəsi TM 62 P tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində xəsarət alan sürücü - 1996-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Şamil Fərahim oğlu rayon xəstəxanasına çatdırılıb.

ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.

18:36 - 14 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin