Baxça tərbiyəçi uşağı döydü, ARAŞDIRMA başlandı

 Baxça tərbiyəçi uşağı döydü, ARAŞDIRMA başlandı

Soaial şəbəkələrdə tərbiyəçi yemək yeyən uşağa qarşı şiddət göstərən video yayılıb.

Məlumata görə, tərbiyəçi uşağın yemək yediyini sübut edən şəkil çəkmək üçün ona göstəriş verir. Lakın  körpə buna əməl etməyincə onun başına sillə vurur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. DİN-dən verilən məlumata görə, görüntülərlə bağlı araşdırma başlayıb.


Fakt nəzarətə götürülüb. Araşdırmanının nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.

Məsələ Təhsil Nazirliyi tərəfindən də araşdırılır. 


23:44 - 13 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin