Bakının Nizami rfayonunda gecə klubunda qızı bıçaqlamaqda ittiham olunan Cavanşir Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Samir Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası fevralın 13-nə təyin edilib.
Qeyd edək ki, hadisə Nizami rayonu Qara Qarayev prospektində yerləşən "Palermo" gecə klubunda baş verib.
23 yaşlı Elbrus Əliyev mübahisə zamanı 28 yaşlı Zümrüd Əsgərovanın kürəyinə 1 ədəd bıçaq xəsarəti yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən Elbrus Əliyevin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.