Naxçıvan Aqrar Xidmətlər Mərkəzi fəaliyyətə başlayıb

 Naxçıvan Aqrar Xidmətlər Mərkəzi fəaliyyətə başlayıb

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Naxçıvan Aqrar Xidmətlər Mərkəzi fəaliyyətə başlayıb və mərkəzdə ilk təlim keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Aqrar Xidmətlər Mərkəzinin direktor müavini Bəybala Müslümov bildirib ki, mərkəzin əmək fəaliyyətində müasir texnologiyaların, innovativ yeniliklərin çatdırılması üçün aqrar təlimlərin keçirilməsi, dövlətin ayırdığı subsidiyaların və kreditlərin vaxtlı-vaxtında mülkiyyətçilərə çatdırılması, istehsal olunan kənd təsərrüfatı məhsullarının sertifitkaşlaşdırılması, onlara şəhadətnamələrin verilməsi və sair işlər nəzərdə tutulub. Görülən işlərdən ən mühümü aqrar təlimlərin həyata keçirilməsidir.

Təlimdə muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində heyvandarlığın inkişafından, damazlıq işinin düzgün qurulması və cins tərkibinin yaxşılaşdırılmasının diqqətdə saxlanılmasından, səmərəli metod kimi süni mayalanma tədbirlərinə geniş yer verilməsindən bəhs olunub. İnnonativ yeniliklərdən istifadə nəticəsində fermer və mülkiyyətçinin artıq gəlir əldə etməsi perspektivi də diqqətə çatdırılıb.

Təlim fikir mübadiləsi əsasında davam etdirilib.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında da yeni cins heyvanlarla təminatın yaxşılaşdırılması nəzərdə tutulub.

13:30 - 4 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin