DİN-dən sosial şəbəkələrlə bağlı XƏBƏRDARLIQ

 DİN-dən sosial şəbəkələrlə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda son dövrlər kibertəhlükəsizliklə bağlı şikayətlər artır. Bu şikayətlər fonunda daha çox vətəndaşların sosial şəbəkə hesabları dələduzlar tərəfindən ələ keçirilir. Eyni zamanda “Whatsapp” tətbiqi vasitəsilə vətəndaşların aldadılması hallarına da rast gəlinir. 

Asayis.az xəbər verir ki, “Whatsapp” şəbəkəsi vasitəsilə qurbana çevrilən şəxslərin daha çox bank hesabları və şəxsi məlumatları oğurlanır. Digər tərəfdən vətəndaşların işə düzəldilmək və başqa adlarla pulları mənimsənilir.

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik və qurumdan bildirildi ki, mövcud faktlar diqqətdə saxlanılır. DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev  deyib ki, dələduzlar dövlət qurumları adından və müxtəlif bankların loqotipindən istifadə edərək etibar qazanır və bu yolla vətəndaşları aldadırlar:

"Bu kimi hallar qarşısında vətəndaşlar diqqətli olmalıdır. Vətəndaşlara sosial şəbəkə üzərindən müraciətlər olunur. Vətəndaşlar bəzi hallarda buna inanırlar. Lakin bunu bilmək lazımdır ki, vətəndaşlar özlərinə aid bank məlumatlarını heç bir halda qarşı tərəfə təqim etməməlidir. Birmənalı olaraq vətəndaşlar onlayn qaydada etibar etmədiyi, tanımadığı şirkətlərə və şəxslərə ödəniş etməməlidir".

17:00 - 2 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin