Hatay şəhər mərkəzində (mərkəz Antakya və Defne rayonları) zəlzələ nəticəsində 17 min 615 nəfərin öldüyü müəyyən edilib.
Bu sözləri Hatay vilayətinin Baş prokuroru Əhməd Çelikkol bidirib.
Onun sözlərinə görə, zəlzələdə həyatını itirənlərdən 2 min 18 nəfərin şəxsiyyəti ilkin olaraq müəyyən edilə bilməyib. Aparılan araşdırmalar nəticəsində 1825 nəfərin şəxsiyyəti müəyyən edilərək cəsədləri çıxarılıb.
Yaxınlarına təslim edilən 708 cəsədin kimliyi isə DNT, barmaq izləri və fotoşəkillərlə məlum olub.
Baş prokuroru Əhməd Çelikkol həmçinin bildirib ki, 6 fevral 2023-cü ildə baş verən zəlzələlərdən sonra şəxsiyyəti məlum olmayan 193 cəsəddən DNT nümunələri götürülsə də onların heç biri uyğun gəlməyib. Bu səbəbdən o, yaxınlarını tapa bilməyən insanlara müraciət edərək DNT nümunələri verməyə çağırıb.