Məşhur aktyor Uraz Kaygılaroğluna ağır itki üz verib.
Asayis.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun 96 yaşlı babası Hasan Kaygılaroğlu dünyasını dəyişib.
Bu barədə Uraz özü məlumat yayıb. O sosial şəbəkə hesabında babası ilə fotolarını paylaşaraq onun bağlı xatirələrini bölüşüb.
"Sən bu dünyada tanıdığım ən dürüst adam idin" - deyə aktyor bildirib. O babasının gənclik illərində Bodruma gəldiyini orada salfet satıb daha sonra biznesini genişləndirdiyini qeyd edib.
Xatırladaq ki, Uraz Kaygılaroğlu hazırda "Sakla Beni" adlı serialda rol alır. Ekran işində onun tərəf müqabili həmkarı Cemre Baysaldır.