Türkiyənin Ordu bölgəsində dəhşətli hadisə baş verib.
Məlumatına görə, Erkan Emiroğlu bir müddət əvvəl boşandığı Elvan Sözkesenin yaşadığı evə gedərək onun üzərinə yandırıcı maddə töküb.
Tərəflər arasında mübahisə yarandıqdan sonra Sözkesen qaçmağa çalışıb. Emiroğlu isə qapının yanında olan yandırıcı gel ilə qadını yandırıb. Qadının səsinə gələn qonşular dərhal polisə və təcili yardıma xəbər veriblər. Sözkesen 2-ci dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya köçürülüb.
Həbs olunan Erkan Emiroğlu ifadəsində deyib: “Borc verdiyim pulu geri qaytarmadı. Buna görə də aramızda mübahisə yarandı”.
Qeyd edək ki, onların 2 övladı var və hadisə zamanı uşaqlar məktəbdə olublar.